Dördüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi başlayıb
Tarix: 1-03-2024, 12:45
Baxılıb: 34
Google+ Paylaş
Tumblr Paylaş

Dördüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi başlayıb

1-03-2024, 12:45

Dördüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
Reportyor.tv xəbər verir ki, dördüncü "Yüksəliş müsabiqəsinin qeydiyyat mərhələsi başlayıb.
Qeydiyyat "Yüksəliş" müsabiqəsinin saytı www.yukselish.az vasitəsilə həyata keçirilir və mart ayının sonunadək davam edəcək.
Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər.
Müsabiqə Qeydiyyat, Onlayn, Əyani, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər,
Xatırladaq ki, Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf pul mükafatı əldə edirlər.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərin suallarını cavablayadaq qeyd edib ki,
900 nəfər üçün eyni anda imtahan keçirmək imkanı var:
"Hazırda Müsabiqə üçün 1200 nəfər artıq qeydiyyatdan keçib. Düşünürük ki müraciət edənlərin sayı 10 minə çatacaq".
O əlavə edib ki, ilk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən 27 qalib seçilib. İkinci "Yüksəliş" müsabiqəsinə qeydiyyatdan keçən 12299 nəfər iştirakçıdan isə 22-si adını qaliblər siyahısına yazdırıb. Üçüncü müsabiqə üçün qeydiyyatdan keçən 13474 namizəd arasından isə 22 nəfər qalib müəyyənləşib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ