Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlandı
Tarix: 2-02-2024, 09:01
Baxılıb: 88
Google+ Paylaş
Tumblr Paylaş

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlandı

2-02-2024, 09:01

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək müsadirə edilib.
Bundan başqa, həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ