“SPİD”lə bağlı son bir ayın qorxudan statistikası
Tarix: 21-02-2024, 09:30
Baxılıb: 715
Google+ Paylaş
Tumblr Paylaş

“SPİD”lə bağlı son bir ayın qorxudan statistikası

21-02-2024, 09:30

Ekspertə görə, birdəfəlik şprislərin paylanması Azərbaycanda zəif aparılır, bu səbəbdən yoluxmalar artır 
Son bir ayda Azərbaycanda 108 nəfər İmmunçatışmazlığı Virusuna (“SPİD”) yoluxub. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib. 
Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxmuşdur. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri olub. 
Bundan başqa, Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6 847 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. 
Qeyd edək ki, 1987-ci ildən 2023-cü ilin 1 iyul tarixinədək 9000 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olub. Onlardan 69%-i kişilər, 31%-i qadınlar olub.
Ekspertlərə görə, narkomaniyanın artım səbəbləri müxtəlifdir. İlk növbədə sosial problemlər və bundan yaranan nəticələr narkomanlığın geniş yayılmasına vüsət açır. İşsizlik, bunun nəticəsində cinayətkarlığın artması, narkomaniyanın müxtəlif təbəqələrə yol açmasına şərait yaradır. Bundan əlavə, sintetik və kimyəvi yolla əldə olunan narkotiklərin ölkəyə qanunsuz gətirilməsi bu bəlanın aşağı təbəqədən olan kütlələrə çox asanlıqla yol tapmasına səbəb olur. Statistika bunu deməyə əsas verir ki, ölkədə istehlak olunan narkotik vasitələrin böyük əksəriyyəti ölkə xaricindən gətirilən narkotiklərin payına düşür. Düzdür, əslində narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıq və narkobiznesin yayılmasına qarşı qətiyyətli tədbirlər görülür, bu istiqamətdə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən təşkilati hüquqi və praktiki tədbirlər həyata keçirilir, lakin bunlara baxmayaraq, narkotik vasitələrin ölkəyə axınının tamamilə dayandırılmasına nail olmaq mümkün olmur. Ölkədə yayılan narkotiklər əsasən kimyəvi tərkibli olub, ucuz başa gəldiyindən bu tip narkotik vasitələr aşağı təbəqələrin nümayəndələri tərəfindən asanlıqla əldə olunur. Narkotik aludəçilərinin və QİÇS xəstələrinin sayı niyə artır? 
Emil Maqalov -Uşaqlarda oyun və ya qumar asılılığı
Emil Maqalov
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dəfələrlə keçici xəstəlikdən əziyyət çəkən şəxslərlə üzləşib: “Bəzən adamları araşdırdıqda görürük ki, həyat yoldaşlarından, dostlarından onlara ağır xəstəliklər keçib. Narkomanlar 3-5-ci dəfə istifadədən sonra psixoloji asılılığa düşür. Nə etsək də, qarşısını almağa çalışsaq da, onlar hansı yolla olursa-olsun narkotikdən istifadə edəcək. Çünki bu adamların ağrısı var. Bunun sözlə, yaxud güc tətbiq etməklə qarşısını almaq mümkün deyil, yalnız müalicə ilə etmək mümkündür. İstənilən şəxs narkotikdən və şprislərdən istifadə etdikdən bir müddət sonra damarlara iynə vurmaq çətinləşir. O səbəbdən  kapilyar damarlara məcbur olub iynə vurmağa başlayırlar. Bu zaman kiçik damarlara keçmək üçün kiçik şprislərdən istifadə olunmalıdır. Narkotik istifadəçiləri o şprisi tapa bilmirlər, apteklər onlara şprisləri vermir. Araşdırmalarım nəticəsində o da  məlum olub ki, onlar ya bir-birinin şprisini, ya da küçədə tapdıqları şprislərdən istifadə edirlər. Bununla da xəstəliklər digər narkotik istifadəçilərinə də keçir. Bunlar arasında ailəsi, uşağı olanlar da var. Beləliklə, QİCS və digər xəstəliklər getdikcə daha da geniş yayılmağa başlayır”. 
Ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə zərərin azaldılması layihəsində bunlar nəzərə alınır, onları yeni şprislərlə təmin edirlər: “Bəlkə də çoxları deyəcək ki, onlara şpris verirsiniz ki, narkotikdən istifadə etsin. Bir daha bildirirəm, biz onları versək də, verməsək də, onlar bunu tapıb vuracaqlar. Həmin layihədə isə şprisdən necə düzgün istifadə etmək lazımdır, bu göstərilir. Zərərin azaldılması layihəsi Azərbaycanda da var, sadəcə, çox zəif işləyir. Həmin layihəyə təkan versək, orada pulsuz anonim narkoloq xidməti, anonim psixoloq xidməti, anonim hüquqşünas var. Müayinədən tutmuş, müayinəyə kimi hamısı anonim şəkildə aparılır. Sadəcə, bu layihəyə təkan verilməlidir. Həm bu xəstəliklər problemlidir, onların qarşısı qismən alınar, həm də küçələrdə dolaşan narkomanların sayı azalar”. 
Tibb Fakültəsi Tibb Təhsili Kafedrası professoru, Dr. Esra Çınar Tanrıverdi isə deyib ki, dünyada HİV azalarkən, bəzi ölkələrdə yüzdə 200, Türkiyə kimi ölkələrdə isə yüzdə 490 artmaqdadır. Son 10 ildəki məlumatlar bunu belə göstərir: “Bu xəstəlik sosial yaşayış yerlərində tüpürcək və göz yaşı, tər, öpüşmə, əl sıxma, çəngəl-bıçaq paylaşma, öskürək, üzgüçülük hovuzu, ağcaqanad və qan əmici həşəratların dişləməsi ilə keçmir. Risk faktorları cinsi əlaqədir. Prezervativ, cinsi yolla ötürülən başqa bir infeksiyaya yoluxmadır. Alkoqol və narkotik istifadəsi ilə bağlıdır. Son illərdə bu halların 80 faizi homoseksual kişilər, seks işçiləri, trans qadınlar və kişilər, iynə vuran insanlar və məhbuslar arasında baş verib”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ