Simonyan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır
Tarix: 6-05-2024, 12:53
Baxılıb: 42
Google+ Paylaş
Tumblr Paylaş

Simonyan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır

6-05-2024, 12:53

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır.
Reportyor.tv Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə toxunaraq bildirib.
O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.
Xatırladaq ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ