Təcili yardıma ehtiyacı olan minlərlə insana
Tarix: 30-04-2024, 22:40
Baxılıb: 540
Google+ Paylaş
Tumblr Paylaş

Təcili yardıma ehtiyacı olan minlərlə insana

30-04-2024, 22:40

Bildiyiniz kimi 103 operativ xidməti və dispeçerlər hər gün minlərlə təcili yardıma ehtiyacı olan insanlara xidmət göstərirlər. Göstərilən xidmət keyfiyyətinin yüksək olması üçün isə ilk növbədə vətəndaşlarla danışıq zamanı hörmət və etikanı gözləmək lazımdı. Xidmətdə çalışan onlarla dispeçirlər var ki, hamısı demək olar ki, maksimum bu kriteriyanı qoruyub saxlamağa çalışır. Lakin bir neçə müddətdir Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının 9 saylı bölməsinə xidmət göstərən dispeçir Ağayeva Təhminə xanımın adı redaksiyamıza qədər gəlib çıxıb. Belə ki, bu xanımın briqadalara çağırış ötürməsi, onları çağıra yönləndirməsi, səyyar həkimlərlə danışıq qabiliyyəti  xoş rəftarı, yüksək tərbiyə və əxlaqı dildən dilə dolaşır. Elə bu səbəbdən  103 operativ xidmətinin dispeçiri Ağayeva Təhminə xanıma işində göstərdiyi yüksək keyfiyyətli xidmətinə görə 9 saylı bölmənin Həkim, Feldşer, sürücü heyəti və Reportyor.Tv saytının rəhbərliyi adından xüsusi təşəkkürümüzü bildiririk.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ