Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirdi
Tarix: 6-05-2024, 15:17
Baxılıb: 113
Google+ Paylaş
Tumblr Paylaş

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirdi

6-05-2024, 15:17


Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 192 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir.

Reportyor.tv qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdən 14-ü hələ də məhkəməyə gəlmir.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan budəfəki iclas da şahidlərsiz keçirilib. Sədrlik edən hakim Azad Məcidov iclasa yenidən çağırışlarına gəlməyən şahidlərdən gileylənməklə başlayıb.

Məlumat üçün deyək ki, məhkəmədən yayınan şahidlər haqda dəfələrlə təkrar məcburi gətirilmə qərarı qəbul edilib, müxtəlif qurumlara, o cümlədən Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərilib.

Budəfəki iclasda prokuror və AMEA-nın nümayəndəsi olan vəkil Orxan Zeynalov gəlməyən şahidlərlə bağlı mübarizəni dayandırıb əvvəlki ifadələrini elan etməyi təklif edib.

"Heç bir işdə məhkəmə bu qədər məcburi gətirilmə qərarı qəbul etmir. Bir neçə yerə müraciət etmişik"-prokuror deyib.

Sədrlik edən hakim bir daha təkrar edib ki, məhkəmə qalan şahidlərin gətirilməsi üçün bütün vasitələrdən istifadə edir: "Bakı Şəhər Baş Polis İdarəsi, AMEA, yerli polis şöbələri - hər yerə müraciət etmişik. Şahidlər göndərirlər ki, istintaq vaxtı dediklərimizi təsdiq edirik. AMEA-nın vitse-prezidentinə də məktub yazdıq, bilərəkdən, ya bilməyərəkdən cavab vermədi. Nə edək?! Müdafiə tərəfi, siz deyin".

Həmin 14 nəfər şahiddən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovadır. Təqsirləndirilən tarixçi alim əvvəlki iclaslarda demişdi ki, ekspedisiya adı ilə maaş yazılmış, amma əslində işə gəlməyən şəxslərin pulunu Maisə Rəhimovaya verib.

Bu günlərdə isə məhkəməyə məlumat daxil olub ki, M.Rəhimova insult keçirib.

"Səbuhi Hüseynov burada pulları ona verdiyini deyəndən sonra Maisə Rəhimova insult olub. Yəqin ki, mediada yazılanları oxuyub" - hakim Azad Məcidov deyib.

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. O, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ