Simonyan Zaxarovanın sözlərini şərh edib: Ermənistan artıq Rusiyaya cavab verib
Tarix: 6-05-2024, 13:55
Baxılıb: 46
Google+ Paylaş
Tumblr Paylaş

Simonyan Zaxarovanın sözlərini şərh edib: Ermənistan artıq Rusiyaya cavab verib

6-05-2024, 13:55

Ermənistan parlamentin sədri Alen Simonyanın açıqlamaları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verib.
Bu barədə parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva rusiyalı parlamentarilərin göndərdiyi müraciətə erməni həmkarlarından cavab gözləyir. O ümid etdiyini bildirib ki, Ermənistan tərəfinin bunu etmək üçün “kifayət qədər gücü olacaq”.
Simonyanın sözlərinə görə, cavabı bir-iki gün sonra parlamentin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Rusiyaya göndərib.
"Yəqin ki, elə həmin an xanım Zaxarovaya bu cür reaksiya vermək və başqa suallara cavab verməmək əlverişli olub", - Alen Simonyan Rusiya XİN sözçüsü Mariya Zaxarovaya cavab verib.
Erməni spiker Zaxarovanın həftəlik brifinqinin səhnələşdirildiyini söyləyib: "Axı aydındır ki, qabaqcadan hazırlanmış suallar və cavablardan ibarət brifinq keçirilir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ