QHT rəhbəri: Azərbaycanda qidadan zəhərlənmə statistikasını gizlədirlər
Tarix: 29-02-2024, 13:02
Baxılıb: 40
Google+ Paylaş
Tumblr Paylaş

QHT rəhbəri: Azərbaycanda qidadan zəhərlənmə statistikasını gizlədirlər

29-02-2024, 13:02

Azərbaycanda qidadan zəhərlənmə statistikasını gizlədirlər.

Reportyor.tv  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, uzunömürlülükdə biz 115 ölkədən geri qalırıq: “Bu, araşdırılmalıdır. Heç bir səviyyədə bunun tədqiqatı getmir. Onkoloji xəstələrin sayı artır. Xarici ölkələrdə klinikalarda bizim vətəndaşlarımız sıradadırlar. Apteklər nə üçün bizim ölkədə çoxdur?! Prezidentin yaşıl marketlər açılması ilə bağlı təklifi var idi, amma yerinə yetirilmədi. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunu ləğv edirlər. Bu sizin də masanıza gəlib çıxacaq. Qanunu yerinə yetirə bilmirlər, belə olan halda qanunu nə üçün ləğv edirlər?!”.

Komitə sədri Zahid Oruc isə bildirib ki, qanunun ləğvi ilə bağlı sənəd artıq gəlib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ