Məşhur astroloq "o gün bu gün gündür" deyərək açıqladı - Bu bürclər...
Tarix: 10-05-2024, 12:47
Baxılıb: 160
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur astroloq "o gün bu gün gündür" deyərək açıqladı - Bu bürclər...

10-05-2024, 12:47

Məşhur astroloq Dinçer Güner Ayın bu gün Əkizlər bürcünə keçməsi ilə bağlı diqqətçəkən proqnozlar verib.

Astroloqun sözlərinə görə, əkizlər maraqlı və çevik bir bürcdür, buna görə də Ay burada olarkən duyğularımız bu xüsusiyyətləri əks etdirə bilər.

Bu dövrdə daha yumoristik ola bilərik. Ünsiyyət ehtiyacı artır, söhbətlər canlı olur və ağıl daim yeni məlumatlar axtarır.

Yeni insanlarla tanış olmaq, qısa səyahətlər etmək və ya müxtəlif ictimai tədbirlərdə iştirak etmək istəyi güclənə bilər. Əkizlərin təsiri altında maraq hissi zirvəyə çatır və hər cür mövzuda məlumat toplamaq və öyrənmək istəyi ön plana çıxır.

Duyğuların dəyişkənliyi də arta bilər. Bir dəqiqə özümüzü xoşbəxt, növbəti an isə narahat və səbirsiz hiss edə bilərik.

Xüsusilə qərarsız davranışlar problem yarada bilər, buna görə də diqqətli olun. Bu dövrdə hər deyilən sözə inanmayın, çoxlu yalan xəbərlər yayıla bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ