Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
Tarix: 10-05-2024, 14:39
Baxılıb: 188
Google+ Paylaş
Tumblr Paylaş

Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək

10-05-2024, 14:39


Tanınmış türk geoloq-alim Cəlal Şəngör Türkiyənin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, Türkiyənin 10 milyon ildən sonra birləşəcəyi ölkəni elan edib.

Reportyor.tv Publika.az-a istinadən xəbər verir ki, Şəngör bu barədə HT Elm Tarixi Fəlsəfə kanalında Fatih Altaylı ilə birgə müsahibədə danışıb.

Alim hər 600 milyon ildən bir aparılan araşdırmalar nəticəsində yeni bir superkontinentin meydana gəldiyinin üzə çıxdığını bildirib. Onun sözlərinə görə, dünyada davam edən dəyişikliklər nəticəsində gələcəkdə Türkiyənin xəritədəki yeri fərqli olacaq.

Şengör hətta Avropanın dağılacağını və Qərbi Avropanın bir adaya çevriləcəyini bildirib. Eyni zamanda Amerika və Asiya arasında qarşılaşma ola biləcəyini də irəli sürüb.

Onun sözlərinə görə, 10 milyon ildən sonra Türkiyə və Liviya birləşərək quru qonşuları olacaq: "Bugünkü tempə baxdıqda, biz tədricən Liviya ilə birləşirik. Və yavaş-yavaş Şərqi Aralıq dənizi bağlanır".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ