Bakının bu ərazisində də binalar söküləcək
Tarix: 29-02-2024, 12:16
Baxılıb: 217
Google+ Paylaş
Tumblr Paylaş

Bakının bu ərazisində də binalar söküləcək

29-02-2024, 12:16


Bakıda daha bir ərazidə istismar müddətini başa vurmuş binaların söküntüsünə başlanılacaq.
Reportyor.tv Bakı.vs-yə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb.

Bildirilib ki, pilot layihə çərçivəsində sözügedən binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri ilə sakinlər arasında danışıqların aparıldığı vurğulanır.

Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlərə 250-350 manat arasında kirayə pulu veriləcək.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ