Putindən şoka salan Zəngəzur həmləsi – “Belə məlumat yayılıb, lakin…”
Tarix: 10-05-2024, 09:43
Baxılıb: 99
Google+ Paylaş
Tumblr Paylaş

Putindən şoka salan Zəngəzur həmləsi – “Belə məlumat yayılıb, lakin…”

10-05-2024, 09:43

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə mühüm razılığın əldə olunduğu iddia edilir. Belə ki, razılığa əsasən Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələrini tərk edəcəyi deyilir.


Rus hərbçilərinin xüsusən tez-tez insidentlərin yaşandığı Zəngəzurdan çıxması iddiası şok effekti yaradıb.

Rusiya nəyin qarşılığında qeyd edilən əraziləri tərk edir?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu informasiyanın nə qədər dəqiq olduğu məlum deyil:

“Bu baxımdan konkret nə isə demək və informasiyanı fakt nöqteyi-nəzərindən təhlil etmək doğru olmaz. Amma praktik baxımdan Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi mümkündür.
Bu ehtimalı xüsusilə İrəvanla Moskva arasında əlaqələrin gərginləşməsi kontekstində dəyərləndirmək lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqda qərarlı olan rəsmi İrəvan tədricən buna nail olur. Bu baxımdan, ola bilsin ki, Ermənistan hakimiyyəti rus sərhədçilərinin öz ərazisindən çıxmasında da israrlıdır. Bu, onu deməyə əsas verir ki, İrəvan bütün imkanları ilə Moskvadan canını qurtarmağa çalışır”.

 
Ekspert deyib ki, Rusiya asanlıqla Ermənistan ərazisindən çıxmaz:

“Amma bəzən reallıqlar ambisiyalarla üst-üstə düşmür. Rusiya sülhməramlıları niyə vaxtından tez Qarabağdan çıxdı? Bunun əsas səbəblərindən biri odur ki, Rusiyanın Ukrayna cəbhəsində şəxsi heyətə ehtiyacı var. Rus sərhədçilərinin Ermənistan ərazisindən çıxma ehtimalını da bu versiya ilə əlaqələndirmək mümkündür.

Bundan başqa, görünür, Qərb hələ ki, rəsmi İrəvanın arxasındadır. Ola bilsin, Qərb, xüsusilə ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq niyyətindədir. Moskva isə hələ ki, təxribatlara getməməyə çalışır.
Hazırda Rusiya üçün prioritet Şərqi Avropadakı vəziyyətdir. Mümkündür ki, Rusiya Ukraynada qalib gələndən sonra yenidən Cənubi Qafqazdakı mövqelərini gücləndirmək və lazım gələrsə, Ermənistanla haqq-hesabı çürütmək barədə düşünür. Hərçənd bu, yaxın bir neçə il üçün o qədər də real görünmür”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ