Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
Tarix: 10-05-2024, 11:27
Baxılıb: 20
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar

10-05-2024, 11:27

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
Reportyor.tv xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ