Fransa ilə Ermənistan arasında imzalanan GİZLİ SAZİŞ: Paşinyan Rusiyadan imtana etdi - NƏ BAŞ VERİR?
Tarix: 9-05-2024, 15:38
Baxılıb: 71
Google+ Paylaş
Tumblr Paylaş

Fransa ilə Ermənistan arasında imzalanan GİZLİ SAZİŞ: Paşinyan Rusiyadan imtana etdi - NƏ BAŞ VERİR?

9-05-2024, 15:38


Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlayıb, bu münasibətlərimizdə yeni bir mərhələdir və çox geniş vüsət alır. Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqnies "Azadlıq radiosu"nun Ermənistan bürosuna müsahibəsində deyib.


O bildirib ki, son bir neçə ay ərzində iki ölkə arasında üç istiqamətdə sazişlər imzalanıb. Bu istiqamətlər Ermənistanı müdafiə silahları ilə təmin etmək, Ermənistan silahlı qüvvələrinin Ermənistanda və ya Fransada təlim keçməsini təmin etmək və həmçinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətlər verməkdir.  Yayılan məlumatlar yeni deyil. Belə ki, Fransa bu ilin fevral ayından başlayaraq Ermənistana silahlar göndərəcəyi barədə məlumat yaymışdı. Partiyaya “Thalès” şirkətinin 3 ədəd “Ground Master” (GM 200) radarı daxil olmaqla həmçinin gecə görüntüsü avadanlıqları, binokllar da göndərilib.


Qeyd edilib ki, Fransa ilə Ermənistan arasında hərbi sahədəki əməkdaşlığa əsasən, Fransa ordusu bu il Ermənistan hərbçiləri üçün 3 dağ döyüş hazırlığı keçirəcək. Xatırladaq ki, sözügedən əməkdaşlıq sazişi 2023-cü il 23 oktyabrda Ermənistan müdafiə naziri Suren Papikyanın Fransa zamanı imzalanıb.


Bəs Fransanın Ermənistana qoşun göndərəcəyi təqdirdə Azərbaycanın buna cavabı necə olacaq?


Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı Referans.az-a açıqlamasında bildirib ki, Fransanın belə bir addım atacağı təqdirdə Azərbaycan adekvat tədbirlər görəcək:


“Belə olacağı halda silahlı qarşıdurma ehtimalları böyüyür. Fransa və ya ümumiyyətlə, Qərb ölkələri istər Ukrayna, istərsədə Cənubi Qafqazla bağlı xoşagəlməz mövqelər sərgiləyirlər. Cənub qapısında Fransanın Ermənistana qoşun göndərməyinin hazırda elə bir ciddi əhəmiyyəti ola bilməz. Onların göndərəcəyi qoşun Ermənistanda hərbi təlimlərin keçilməsi üçün nəzərdə tutula bilər. Bu gün Fransa Ermənistan silahlı qüvvələrinin güclənməsinə töhfə verməyə çlışır, lakin bunun heç bir effektiv nəticəsi olmayacaq”.



Politoloq qeyd edib  ki, Fransa hazırda Ukraynaya qoşun göndərməyə çalışır, XİN bunu təkzib etsə də, yaxın zamanda bunu baş verəcəyi düşünülür. Onun sözlərinə görə, nəinki Ukrayna, hətta Fransanın hazırda Cənubi Qafqazdakı istənilən ölkəyə qoşun göndərməsi ciddi münaqişələrə səbəb ola bilər: “Fransa Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülh sazişinin vaxtını gecikdirməyə çalışır. Bölgədə sabitlik istəmir. Artıq bütün dünya qəbul edib ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edib. Fransa yenidən nə edə bilər ki? Yeni bir müharibə şəraitimi yaradacaq? Onun belə bir şey etməyə nə gücü, nə də siyasi iradəsi çatmaz”.


Akif Nağı əlavə edib ki, Fransa istənilən halda hər hansı bir münaqişə metodu yaratamağa çalışarsa, Azərbaycan buna adekvat cavab verəcəkdir.


Siyasi şərhçi Asif Nərimanlı Referans.az-a bildirdi ki, Fransa qüvvələrinin bu və digər formada Ermənistanda olduğunu qeyd etməliyik:


“Onlar müşahidə missiyası adı altında Ermənistana gəliblər. Hazırda faktiki olaraq Fransa hərbi baxımdan Ermənistanda var. Bunu rəsmiləşdirmək məsələsi gündəmdədir. Ermənistanın Rusiyada uzaqlaşmaq və özünə yeni müttəfiqlər seçmək istəyir. Əslində Ermənistanla Fransa ilin əvvəlində müqavilə imzalamışdılar. Fransa Ermənistana qoşunlarını kadr kimi hazırlmaqla bağlı öhdəlik götürmüşdü və hazırda həmin məsələnin icrası yerinə yetirilir. Azərbaycan açıq şəkildə bildirib ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı atacığı heç bir addıma müdaxilə etməyəcək. Yəni Ermənistan istənilən ölkə ilə əməkdaşlıq edə bilər”.



Asif Nərimanlı qeyd edib ki, Ermənistanın atacağı addım ölkəmizin maraqlarına təhlükə yaradacağı halda Azərbaycan başqa tədbirlər görmək məcburiyyətində qalacaq. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan şərti sərhədinə texnika və ya canlı qüvvə toplanarsa, bu zaman Azərbaycan adekvat tədbirlər görməli olacaq.


Aqil Qarayev

Referans Media


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ