ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
Tarix: 19-05-2024, 21:15
Baxılıb: 77
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"

19-05-2024, 21:15


"ABŞ İran prezidenti və xarici işlər nazirini daşıyan helikopterin sərt enişi ilə bağlı xəbərləri yaxından izləyir".
Reportyor.tv İRNA-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

"Biz İran prezidenti və xarici işlər nazirini daşıyan helikopterin sərt enişi ilə bağlı xəbərləri diqqətlə izləyirik. Hazırda əlavə şərhimiz yoxdur", - o əlavə edib.

"ABC News" xəbər kanalı da Ağ Evə istinadən xəbər verib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden İran İslam Respublikası prezidentini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbərlərdən xəbərdardardır.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ