Putinə görə şahzadənin Britaniyaya səfəri TƏXİRƏ SALINDI
Tarix: 8-12-2023, 16:49
Baxılıb: 82
Google+ Paylaş
Tumblr Paylaş

Putinə görə şahzadənin Britaniyaya səfəri TƏXİRƏ SALINDI

8-12-2023, 16:49

Səudiyyə Ərəbistanı Rusiya prezidenti Vladimir Putinin krallığa səfəri ərəfəsində vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun Britaniyaya rəsmi səfərini təxirə salıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, Böyük Britaniya və Səudiyyə Ərəbistanı vəliəhd şahzadənin səfərini bir neçə aydır müzakirə edir. Məhəmməd bin Salmanın Britaniya adalarına səfəri üçün mümkün tarix dekabrın 3-ü seçilib. Lakin səfər ötən həftə təxirə salınıb. Səudiyyə Ərəbistanı rəsmiləri bildirib ki, səfər planlaşdırma məsələlərinə görə təxirə salınıb və vəliəhdin Rusiya dövlət başçısını Ər-Riyadda qəbul etməsi ilə heç bir əlaqəsi yoxdur.
Britaniya parlamentinin hakim Mühafizəkarlar Partiyası üzvləri vəliəhdin səfərinin təxirə salınmasını Rusiya prezidentinin Səudiyyə Ərəbistanına getməsi ilə əlaqələndiriblər. Britaniya rəsmilərinin fikrincə, bu, iki krallıq arasındakı münasibətlərin möhkəmliyini sual altına qoyur.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da Səudiyyə Ərəbistanına səfər edib və burada vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə görüşüb. Tərəflər enerji, turizm, eləcə də antiterror fəaliyyətlərində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ