Yeni növ COVID - "nəvə" sürətlə yayılır: Bu simptomlara diqqət!
Tarix: 23-11-2023, 14:32
Baxılıb: 149
Google+ Paylaş
Tumblr Paylaş

Yeni növ COVID - "nəvə" sürətlə yayılır: Bu simptomlara diqqət!

23-11-2023, 14:32

Üç il əvvəl ortaya çıxan koronavirusun yayılmasının qarşısını peyvənd və qapanma tədbirləriylə almaq mümkün olsa da, yeni variantlar hələ də əhalinin sağlamlığını təhdid edir.
Publika.az xəbər verir ki, ortaya çıxan yeni variantın "Omikronun nəvəsi" olduğu düşünülür.
Koronavirusun bəzi variantları yalnız kiçik soyuqdəymə ilə özünü göstərsə də, virus mutasiyaya davam edərək yeni ştammlar və yeni narahatlıqlar yaradır. Yay aylarında Böyük Britaniya Eris və Pirola variantlarından təsirləndi. İndi isə "Omikronun nəvəsi" adlanan yeni bir variantın sürıtlə yayılmağa başladığı iddia edilib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) HV.1 variantının ABŞ-da ən dominant ştamm olduğunu bildirib. EG.5 də adlandırılan Eris yoluxmaların təxminən 22 faizini təşkil edir. Mayo Klinikasının virusologiya üzrə direktoru Metyu Binniker izah edib ki, bu variantlar Omikron ilə bəzi oxşarlıqlar daşıyır. Binnikerin sözlərinə görə, bu mutasiyaların çoxu virusun HV.1 də daxil olmaqla insandan insana daha effektiv yayılmasına səbəb olur.
Vanderbilt Universiteti Tibb Mərkəzində yoluxucu xəstəliklər professoru Dr. Uilliam Şaffner isə HV.1 variantının nə qədər yoluxucu olduğunu da vurğulayıb: "Siz demək olar ki, HV.1-i "Omikronun nəvəsi" kimi düşünə bilərsiniz. Bütün Omikron ailəsinin xüsusiyyətlərindən biri onların çox yoluxucu olmasıdır".
Dr. Binniker xəstəxanaya yerləşdirmə və ya ölümlə nəticələnə biləcək ciddi infeksiyadan qorunmaq üçün COVID-ə qarşı peyvənd etməyi tövsiyə edib. Bununla belə, payızda aparılan araşdırmaya görə, amerikalıların yalnız 7 faizinin peyvənd olunduğu üzə çıxıb.
"Bizim peyvəndin daha yüksək faizinə ehtiyacımız var, çünki biz COVID xəstələrinin xəstəxanaya yerləşdirildiyini və süni nəfəs aparatlarına qoşulduğunu görürük" deyən Binniker həmçinin ictimai yerlərdə maskalar taxmağı və əlləri mütəmadi olaraq yumağı tövsiyə edib.
Yeni variantın əsas əlamətləri bunlardır:
1. Boğaz ağrısı
2. Təngnəfəslik
3. Burun axması
4. Öskürək
5. Yorğunluq
6. Baş ağrısı
7. Əzələ ağrıları
8. Qızdırma və ya titrəmə


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ