Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq
Tarix: 16-03-2024, 15:07
Baxılıb: 43
Google+ Paylaş
Tumblr Paylaş

Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq

16-03-2024, 15:07

Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.
Reportyor.tv xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ