“Neftçi”də ŞOK GEDİŞAT: Göndərilən məşqçi qayıda bilər - SON DƏQİQƏ
Tarix: 22-06-2023, 14:59
Baxılıb: 230
Google+ Paylaş
Tumblr Paylaş

“Neftçi”də ŞOK GEDİŞAT: Göndərilən məşqçi qayıda bilər - SON DƏQİQƏ

22-06-2023, 14:59

Sərgən Yalçınla müqavilə bağlamaqda problemlə üzləşən “Neftçi” rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb.
Komanda üzvləri bazada bir araya gəlib, Avropa Konfrans Liqasına hazırlaşmağa başlasa da, baş məşqçi postu boşdur.
Çətin duruma düşən klub rəhbərliyi dünən yollarını ayırdığı Laurentsiu Regekampfı yenidən həmin vəzifəyə qaytara bilər.
Rumın çalışdırıcıya xidmətlərinə görə təşəkkür edilərək əl sıxılıb. Lakin vacib olan “boşanma sənədi” ona verilməyib. Rege onu almalıdır ki, Azərbaycanı tərk edib, təklifləri gözdən keçirə bilsin.
Təcrübəli çalışdırıcı kağızı əlinə almayana qədər Bakıdan ayrılmayacaq. “Neftçi” rəsmiləri sənədi dünən axşama qədər ona çatdırmalıydı. Dünən alınmadı. Bu gün də xəbər-ətər yoxdur.
Ehtimal olunur ki, yuban(dırıl)manın səbəbi Regeylə 1 illik müqaviləni bərpa etməkdir. Yəni, namizəd məşqçilərlə razılıq əldə olunmasa, boş qalmış post yenidən komandanı yaxından tanıyan Laurentsiuya tapşırılacaq.
“Neftçi” rəsmiləri işini bərk tutduğu kimi, rumıniyalı mütəxəssis də gözləmə mövqeyindədir


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ