İmişlinin icra başçısına DÖVLƏT DƏRSİ... - Bərk ehtiyacı var...
Tarix: 19-08-2023, 03:02
Baxılıb: 220
Google+ Paylaş
Tumblr Paylaş

İmişlinin icra başçısına DÖVLƏT DƏRSİ... - Bərk ehtiyacı var...

19-08-2023, 03:02

DİA.AZ: - Əslində, bayraq, himn, gerb, dövlət sərhədi, ordu, Prezident... bütün bunların hər biri dəyərdir. Yəni ibtidai DÖVLƏT anlayışında bu dəyərlər ümdə tutulur və bunu bilməyənlərin dövlət işində mövcudluğu belə təhlükəlidir. Çünki dövlətin nə olduğunu dərk edə bilməyənin dövlət adından hansısa işi icra edəcəyi və bu zaman uğur əldə edəcəyi kifayət qədər şübhəli məsələdir.

Elə İmişlidə olduğu kimi...

İmişlinin icra başçısına DÖVLƏT DƏRSİ...

DİA.AZ bildirir ki, İmişlinin icra postuna təyin olunarkən Elçin Rzayev cənablarına elə də ümid bəclənmədi... Çünki hardan gəldiyi yaxşı məlum idi. Sonuncu iş yeri Yasamal rayon icra hakimiyyəti olan Elçin müəllim buna qədər də Əmlak Məsələləri Dövlət Komitəsində çalışmışdı. Yəni təxmini olara kimin kadrı olduğu aydındır. Və nəyin peşəkarı olduğunu da ehtimal etmək çətin deyil.

İndi isə beləsinin bir ibtidai dövlət bilgilərinə nə qədər ehtiyaclı olduğunu söyləmək isə heç də asan deyil. Hə, ürəkağrıdandır ki, hələ də on minlərlə vətən oğlunun qanı ilə ucalan bayrağımıza İmişlidə bir ögey münasibət var.

İmişlinin icra başçısına DÖVLƏT DƏRSİ...

Yox burada sakinlərin heç bir günahı yoxdur. Əksinə, onlar bayraqsız qalan Bayraq Meydanı məsələsini şəxsən qabardırlar. Bu işə birbaşa cavabdeh isə məhz İmişlinin İH başçısı Elçin Rzyaevdir. Məhz onun boynunun borcudur ki, bayrağımızı olmalı olduğu yerdə dik tutsun. Hətta gərəkirsə, zəhmət çəkib bayrağımızın yanında bir əsgər kimi növbə də çəksin.

Bu da pul yemək deyil ki...

Binəva İmişli camaatı... başçı sarıdan bəxtləri heç gətirmədi...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ