“Qarabağ”ın futbolçusunu süni tənəffüs aparatından ayırdılar
Tarix: 28-04-2023, 16:00
Baxılıb: 264
Google+ Paylaş
Tumblr Paylaş

“Qarabağ”ın futbolçusunu süni tənəffüs aparatından ayırdılar

28-04-2023, 16:00

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin vəziyyəti yaxşılığa doğru gedir.
reportyor.org xəbər verir ki, 20 yaşlı müdafiəçi komadan çıxıb. Həkimlər onu ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırıblar. Lakin futbolçu hələlik tam oyadılmayıb.
Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Şirxan Hüseynzadənin halı pisləşib. Həmin zamandan o, Bakıdakı klinikaların birində ECMO cihazına qoşulmuşdu, müalicə bu şəkildə davam edirdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ