Məmmədov ermənini məğlub etdi, finala yüksəldi
Tarix: 21-04-2023, 21:19
Baxılıb: 397
Google+ Paylaş
Tumblr Paylaş

Məmmədov ermənini məğlub etdi, finala yüksəldi

21-04-2023, 21:19

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
reportyor.org xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.
Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ