Ərdoğan zəlzələ qurbanlarının sayını AÇIQLADI
Tarix: 14-02-2023, 23:41
Baxılıb: 309
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan zəlzələ qurbanlarının sayını AÇIQLADI

14-02-2023, 23:41

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.
reportyor.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.
Təbii fəlakətin baş verdiyi bölgələrin bəzilərində axtarış-xilasetmə işləri yekunlaşıb, bəzilərində isə davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ