Toya açıq-saçıq geyimdə gedən müğənnilər yüksək məbləğdə CƏRİMƏLƏNSİN
Tarix: 27-04-2024, 13:48
Baxılıb: 102
Google+ Paylaş
Tumblr Paylaş

Toya açıq-saçıq geyimdə gedən müğənnilər yüksək məbləğdə CƏRİMƏLƏNSİN

27-04-2024, 13:48

Sosial şəbəkələrdə yazıçı- kulturoloq Aydın Xan Əbilovun açıq geyinən insanların cərimələnməsi haqda fikirləri yayılıb. Digər tərəfdən kulturoloqun illər öncə gənclərin rahat görüşməsi üçün parklarda xüsusi yerlərin yaradılması ilə bağlı fikirləri yer alır. Yazıçı əxlaq polisi, və ya müfəttişliyinin yaradılmasını istəyib.

Referans.az-a açıqlamasında yazıçı kulturoloq Aydın Xan Əbilov fikirlərinin konteksdən çıxarılıb, dəfələrlə yayıldığını bildirib:

"İndi bir tendensiya yayılıb. Yeni yaranan sosial şəbəkə səhifələri tanınmaqçün, öz ətrafına izləyici yığmaqçün konteksdən çıxarılmış fikirlərimi kəsib video halında yayırlar. Məsələdən xəbəri olmayan əhalinin fikrini düşüncə sahiblərinə qarşı qoyurlar. Bəli, mən bir neçə müsahibəmdə demişəm ki, insanlara hansısa azadlıqların verilməsinin tərəfdarıyam. Bu məsələ ilə əlaqədar məndən soruşanda demişdim ki, əgər insanlar öz ailəsi ilə gəzən şəxslərin yanında gənclərin görüşməsini istəmirsə, ya Dənizkənarı parkda, ya da digər parklarda xüsusi yerlər, işarələr qoyulmuş digər yerlər yaradıla bilər.

Əslində bizim təkliflərimiz çoxdan səslənib. Artıq Azərbaycanda "Gənclər", "Sevgi" parkı və s. bu tipdə parklar yaradılıb. Dövlət və məmurlar bizim fikirlərimizi korrektə edib, bu və ya digər dərəcədə bunları reallaşdırıb. Əxlaq polisinin yaradılması ilə bağlı da mənə sorğu gəlmişdi. Söhbət televiziya kanallarında, kafelərdə, toylarda lümlüt soyunan, alt paltarında mahnı oxuyan və bunu gənclərin, yeniyetmələrin qarşısında edənlərdən gedir. Hesab edirəm ki, belə hallara qarşı inzibati, lazım olsa cinayət məsuliyyəti özündə ehtiva edən tədbirlər aparılmalıdır. Dünyanın hər yerində, hətta, ən inkişaf etmiş ölkələrdə bu tipli tədbirlər görülür. Lap Rusiya və ABŞ televiziyalarında səhər və ya günorta çağı lüt soyunub, əzasını göstərən müğənnilərin konsertlərini görə bilməzsiniz. Belə yayımla məşğul olan televiziya şirkəti "12+", "18+" kimi qadağanedici işarələr qoyur. Əslində Azərbaycanda da bu var. Təəssüflər olsun ki, bizim qanunun sərt üzünü reallaşdırmırlar. Son vaxtlar kafelərdə, restoranlarda nə hoqqalardan çıxırlar. Dünyanın aparıcı ölkələrində qapalı klublar var, fərdi konsertlər verən restoranlar var. Onlar nə istəyirlər orda edə bilərlər. Orda nə edirlərlərsə etsinlər, atdanıb-düşsünlər, lüt soyunsunlar və s. buna heç kim etiraz eləmir. Amma, elə şeyləri uşaqların gözü qarşısında etmək, öz yaxınlarının ad gününə, toyuna çağırmaq artıq mənəviyyatın aşınması deməkdir. Biz buna qarşıyıq. Hər şeyin yeri var. Əxlaq müfəttişliyinin olmasını təkcə geyimlə bağlı deməmişik. Məktəb uşaqlarına pivə, siqaret, energetik içki, hətta spirtli içkiləri rahatlıqla satan maqazin, dükan, supermarketlərə qarşı etirazımız zamanı da tətbiq olunmasını demişik. Lüt soyunanların 10 min manatdan yuxarı cərimələnməsini istəmişik. Yoxsa biz şadlıq saraylarında erotik şou ilə normal müğənnilərin oxumasını fərqləndirə bilmirik artıq".

Kulturoloq deyir ki, hətta, ən tanınmış Xalq artistləri belə açıq-saçıq geyinməkçün yarışa giriblər:

"Kliplərində, konsertlərində az qala soyunmuş halda görünürlər. Bununla da guya yenilik eləmiş olurlar. Kim necə istəyir yaşaya bilər, amma, bunu gənc nəsilə təbliğ, reklam eləmək olmaz. Artıq Rusiya və digər ölkələrdə bununla bağlı qanunvericiliyə dəyişikliklər olunub. Ailə və uşaqların qorunması ilə bağlı sərt tədbirlər həyata keçirilir. Nədənsə ailə institunun möhkəmlənməsindən danışan Azərbaycanda bir təkliflə çıxış edən kimi hər kəs düşür adamın üstünə".

Aydın Xan Əbilov bildirir ki, cərimələrin çox yüksək olması daha yaxşıdır və şou biznes əhli daha çox cərimələnməlidir:

"Toya gedən, rəqqaslıq edən, şou biznesdən pul qazananın pulu çox olar. Onları 100 -200 , 1000 manat cərimə eləsələr belə, yenə də azdır. Məbləği yüksək cərimə olsa, bir də elə hərəkəti eləməzlər".

Yazıçı bildirir ki, sözügedən hallarla bağlı azsaylı inzibati məsuliyyətə cəlb edilənlər olub. Hansısa digər sahənin adamları özlərini yaxşı aparmayanda, qeyri-adi hərəkətlər edəndə onları cərimələyiblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ