Dönərdən zəhərlənənləri sayı gündən-günə ARTIR - Tərkibinə qatılan bu maddə ASILILIQ YARADIRMIŞ... / AÇIQLAMA
Tarix: 8-05-2024, 16:37
Baxılıb: 80
Google+ Paylaş
Tumblr Paylaş

Dönərdən zəhərlənənləri sayı gündən-günə ARTIR - Tərkibinə qatılan bu maddə ASILILIQ YARADIRMIŞ... / AÇIQLAMA

8-05-2024, 16:37

Mayın 7-də saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, onlardan 15-i uşaqdır.

"Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur", məlumatda deyilir.

Qeyd edək ki, həmin şəxslərin dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.

İlkin məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Məhz bu qidadan zəhərlənmələrin bu qədər çox olmasına səbəb nədir? Necə qarşısını almaq olar?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az-a açılamasında bildirib ki, son dövrlərdə dönərdən zəhərlənmı halları günü-gündən artır.




 
“Xüsusilə də, bu kimi hallar azyaşlılarda daha təhlükəli nəticələr göstərir. Burada əsas məsələ hazırlanan zaman ucuz, xəstə heyvan ətlərindən istifadə olunması ilə yanaşı, eyni zamanda onun saxlama şəraitinin də düzgün olmaması ilə bağlıdır. Bildiyimiz kimi ət daha yüksək temperaturda saxlanıldıqda tərkibindəki bakteriya və mikroorqanizmlərin çoxalması üçün uyğun şərait yaranır. Eyni zamanda da bu qida bir çox hallarda sanitar gigiyena normalarına əməl etmədən hazırlanır ki, belə olan halda həm fiziki çirklənmə, həm də kimyəvi çirklənməyə məruz qalır. Belə qidaları qəbul edən insanlarda həzm sistminin pozulması və zəhərlənmə baş verir”.

 
Ekspert olduqca maraqlı bir nüasnı da diqqətə çatdırıb. Onun sözlərin görə, belə qidalarda sintetik mənşəli mononatrium qlutamat – el arasında Çin duzu kimi tanınan məhsuldan istifadə olunur. Bunun məqsədi insanlarda həmin qidaya asılılıq yaratmaqdır.

 
“Çin duzunun istifadəsi insanlar arasında həmin qida dadlı olmasa belə asılılıq yaradır. Nəticədə insanlar belə qidalarda davamlı şəkildə istifadə etmək istəyirlər. Bu da 20 yaşa qədər orqanizmdə daha çox özünü göstərir. Çünki yeniyetmələrə, gənclərə bu kimi qidaları verdikdə ağızda ənənəvi dad reseptorları pozulduğu üçün davamlı olaraq bu kimi qidalara tələbat olur. Hansısa qidalılıq dəyəri olmayan qidaları qəbul edən şəxslərdə inkişaf prosesi də düzgün getmir”.

 
Məhsəti Hüseynova xüsusilə qeyd edib ki, dönərin yanında təklif olunan ketçup, mayonez kimi qidalar da zəhərlənməyə səbəb ola bilər. Bu məhsullar böyük qablarda alınır və müştəriyə təqdim olunarkən, müştəri onun son istifadə tarixini görə bilmir. Mətbəxdə isti şəraitdə qalan məhsullar da çox rahatlıqla zəhərlənmələrə səbəb ola bilər.

 
“İstifadə olunan göyərtilər, tərəvəzlər var ki, onlar təmiz yuyulmadıqda da qidanın tərkibinə təsiri kifayət qədər böyükdür. İşçi heyətin mütəmadi olaraq sanitar, gigiyena qaydalarına riayət etməməsi, tibbi müayinədən keçməməsi belə qidalar hazırlanarkən müəyyən sağlamlıq problemlərinə gətirib çıxarır. Mütləq şəkildə əlüstü, yol kənarında satılan, mənşəyi məlum olmayan qidalardan mütləq şəkildə uzaq durmaq lazımdır. Eyni zamanda dönər satılan məkanlarda vaxtı-vaxtında dizenfeksiya, həşəratlara, gəmiricilərə qarşı mütəmadi olaraq profilaktik işlər aparılmadıqda belə yoluxma riski və yaxud onların qidanı çirkləndirməsi nəticəsində zəhərlənmə hallarının baş verməsi də mümkündür”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ