Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb?
Tarix: 27-04-2024, 14:26
Baxılıb: 150
Google+ Paylaş
Tumblr Paylaş

Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb?

27-04-2024, 14:26


Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın iştirak etdiyi toya görə guya 14 min manat pul alması ilə bağlı iddialar yayılıb.

Reportyor.tv xəbər verir ki, iddialara əsasən, o, Şəmkirin Sabirkənd kəndindəki sünnət toyunda dörd saatlıq iştirakı qarşılığında 14 min manat qazanıb.

İddialarla bağlı Oxu.Az Əməkdar artist Elnarə Abdullayeva ilə əlaqə saxlayıb.

Səsləndirilən iddialarla bağlı Əməkdar artist bildirib ki, xəbərlər yalandır:

“Mən bu barədə heç kimə məlumat verməmişəm. Yalan məlumatdır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ