Rusiyada yaraqlıların hücumu başladı: 4 polis əməkdaşı öldürüldü
Tarix: 29-04-2024, 11:56
Baxılıb: 63
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada yaraqlıların hücumu başladı: 4 polis əməkdaşı öldürüldü

29-04-2024, 11:56


Rusiyanın Qaraçay-Çərkəz vilayətində yol-patrul xidmətinin bölməsinə silahlı basqın edilib.
Bu barədə Respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, qarşıdurma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə iki polis əməkdaşı həlak olub, dörd hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
“Toqquşma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə ezam olunmuş iki polis əməkdaşı, Qaraçay-Çərkəz Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin yol polisinin iki əməkdaşı həlak olub. Rusiyanın Qaraçay-Çərkəz Respublikası Milli Qvardiyasının əməkdaşı və Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə əməkdaşı yaralanıb, hadisə yerində bir neçə əldəqayırma partlayıcı qurğu aşkar edilib", - məlumatda deyilir.
Həmçinin beş hücumçunun yerindəcə öldürüldüyü bildirilir. Qaraçay-Çərkəz Respublikası üzrə İstintaq Komitəsinin məlumatına görə, məhv edilən yaraqlılar aprelin 22-də polis əməkdaşlarına hücumun ehtimal olunan iştirakçıları kimi müəyyən edilib.
        Xəsarət alan əməkdaşlar tibb müəssisələrinə yerləşdirilib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ