Bakıda əhali arasında yeni virus yayıldı - “5 gün ərzində...”
Tarix: 31-08-2022, 16:13
Baxılıb: 382
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda əhali arasında yeni virus yayıldı - “5 gün ərzində...”

31-08-2022, 16:13

Bakıda əhali arasında kütləvi ishal, kəskin qusma və qarın ağrısı müşahidə olunur.
reportyor.tv xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. Həkimin sözlərinə görə, bu gün Bakıda insanlar arasında daha çox rast gəlinən ishal, qusma, qarın ağrısı və yüksək temperatur kimi simptomlar qida zəhərlənməsinin simptomları deyil:
“Bu kimi şikayətlərlə bizə müraciət edənlərin hamısını müayinədən keçirə bilmirik, çünki törədicini aşkar etmək çoxlu vəsait tələb edir. Həmin simptomlar böyük ehtimal virus mənşəli infeksiya olan rotavirusdur. Xəstələr antibiotik terapiyadan uzaq durmalıdır. Bol maye qəbul etməyi, süd məhsulları və kofoein istifadə etməməyi tövsiyə edirəm. Xəstəlik 5 gün ərzində öz-özünə stabilləşir. Lakin 5 gün ərzində vəziyyət düzəlmirsə, o zaman dərhal həkimə müraciət edilməlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ