Bu bürclərlə sevgili olmayın - Həyatınızı kabusa çevirəcəklər
Tarix: 3-07-2023, 16:26
Baxılıb: 203
Google+ Paylaş
Tumblr Paylaş

Bu bürclərlə sevgili olmayın - Həyatınızı kabusa çevirəcəklər

3-07-2023, 16:26

Münasibətin əvvəllərində mülayim və mehriban olan insanların sonradan tamam başqa birinə çevrildiyini gördükdə məyus oluruq.
 
Reportyor.tv bu dəfə münasibətlərində bu cür olan bürclərlə bağlı məlumatı təqdim edir.
 
Buğa bürcü - İnadkar xüsusiyyətləri ilə diqqət çəkirlər. Münasibətlərdə bu cür davranış isə qarşı tərəf üçün məcburedici ola bilər. Ona görə də buğa bürcü ilə uzun müddətli eşq yaşamaq çətindir.
 
Əkizlər bürcü - Dəyişən əhval-ruhiyyəsi ilə tanınan bu bürcün nümayəndələri istədikləri kimi yaşamağı sevirlər. Tərəfdaşlarının tələbləri, hissləri və düşüncələri onlar üçün əhəmiyyət kəsb etmir. Onlar qəsdən bu eqoist mövqeyi nümayiş etdirmir, amma yenə də münasibətlərdə belə davranışın nəticəsi mənfi olur.
 
Əqrəb bürcü - Qarşısındakı insan haqqında məlumat almağı xoşlasalar da, özü barədə gizli qalmağa üstünlük verirlər. Sevdikləri insana belə tam etibar etmirlər, həmişə şübhələnirlər. Aldanmaqdan qorxduqları üçün həmişə özlərini ən pisə hazırlayırlar. Bu pessimist və gizli əhval-ruhiyyə təbii ki, onların münasibətlərinə xələl gətirir.
 
Oxatan bürcü - Yeni yerlər görməyi və yeni insanlarla tanış olmağı sevirlər. Onlar üçün eyni yerdə ilişib qalmaq zamanla həddən artıq çətin ola bilər. Fərqli təcrübələr istədikləri üçün həyatlarında olan insanı görməzlikdən gəlməyə başlayırlar. İlk başlarda həddən artıq əyləncəli olan bu insanlar münasibətləri inkişaf etdikcə son dərəcə eqoist insanlara çevrilə bilirlər.
 
Dolça bürcü – Onlar bir insanın xüsusi diqqətini hiss etdikdə qorxurlar. Dolçalar özlərinə fokuslanmağı sevmirlər. Çünki bu, onların istədikləri kimi yaşamaq hüquqlarını əlindən alır.
 
Şir, Qız, Tərəzi, Qoç və Oğlaq isə münasibətlərində çox diqqətli olurlar. Qarşılıqlı hörmət itirilmədikcə, bu əlamətlərə sahib insanlarla uzun əlaqə davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ