Generallar yenidən SƏRHƏDDƏ! – Xankəndi üçün son hazırlıqlar yekunlaşdı – Fazil Mustafa ilə “Canlı debat”
Tarix: 20-01-2023, 11:18
Baxılıb: 562
Google+ Paylaş
Tumblr Paylaş

Generallar yenidən SƏRHƏDDƏ! – Xankəndi üçün son hazırlıqlar yekunlaşdı – Fazil Mustafa ilə “Canlı debat”

20-01-2023, 11:18

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.
Ekspertlər hesab edirlər ki, son bir həftədə hərbi heyətlə baş tutan görüşlər ümumən antiterror əməliyyatlarına hazırlıq xarakteri daşıyır. Yaxın günlərdə ordu hərəkətə keçib, qarşısındakı məqsədləri həyata keçirəcək. Gedişat necə olacaq? Hansı tarixdən etibarən Azərbaycan öz hədəflərinə doğru irəliləyə biləcək?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/@Musavattv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ