781

"Azərbaycan Çinlə COP çərçivəsində əməkdaşlıq etməyə hazırdır". Reportyor.tv xəbər verir ki, bunu Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib. Dövlət başçısı Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu deyib. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirib.

Hikmət Hacıyev sülh müqaviləsindən DANIŞDI: "Tez bir zamanda..."
SON DƏQİQƏ! Qarabağın kəndləri ilə bağlı qanun layihəsi TƏSDİQLƏNDİ
Prezident ÜST-nin Baş direktoru ilə COP çərçivəsində əməkdaşlığı müzakirə edib
Avropa Məhkəməsindən şəhid Milli Qəhrəman haqda absurd qərar