167

“Omikron”un inkubasiya müddəti indiki məlumatlarımızdan daha qısadır. Uhan variantında bu müddət 5 gün olduğu halda, “delta” variantında 4 gün, “omikron”da isə 3 gün kimi görünür. Publika.az xəbər verir ki, bunu Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib. O bildirib ki, “omikron” digər variantlara nisbətdə daha geniş yayılır və insanlar daha tez xəstələnir: “Çox qısa müddətdə xəstəliyə səbəb olur. Vətəndaşlar düşünməsinlər ki, “təmasım oldu, amma üzərindən 5 gün keçib və xəstə olmaya bilərəm”. Çünki “omikron” variantı indi adi görünür. Lakin “delta” variantı artıq bütün dünyada mövcuddur. Ona görə də qorunmaq və peyvənd olunmaq lazımdır”. Reportyor.org

Həkim səhvinin qurbanı olan uşaqlar - Təbabətimiz zəifdir, yoxsa...
İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? - ŞOK FAKTLAR
Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub
Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub