578

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın 48 saat ərzində hücuma keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
APA-nın xəbərinə görə, bu barədə “Newsweek” saytı ABŞ kəşfiyyatındakı mənbəyə istinadla məlumat yayıb.

“Kəşfiyyat məlumatına əsaslanaraq Ukrayna prezidenti yaxın 48 saat ərzində Rusiyanın hücuma keçməsi ehtimalının yüksək olduğu barədə xəbərdar edilib. Bu səhər Rusiya Ukraynanın hava məkanını pozaraq kəşfiyyat təyyarəsi ilə qısamüddətli uçuş həyata keçirib” – deyə mənbə qeyd edib. Ukrayna hökumətindəki mənbə də xəbərdarlığın alındığını bildirərək əlavə edib ki, bu, ay ərzində artıq üçüncü analoji xəbərdarlıqdır.


Azərbaycanla Ermənistan arasında YENİ RAZILAŞMA: İrəvanın SƏRHƏDLƏRİ...
Arestoviç: "Rusiya hərbçiləri Xersondan geri çəkilməyə hazırlaşır"
Putin onu raket hücumu ilə hədələyib: Boris, səni incitmək istəmirəm, ancaq...
SON DƏQİQƏ! Lukaşenkonun etiraf etdiyi REALLIQ: Kiminsə Ermənistana EHTİYACI VARMI?!