
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Vladimir Putin onu raket hücumu ilə hədələyib. Publika.az xəbər verir ki, Putin və Boris Conson arasında iddia edilən dialoq BBC-in sənədli filmində ortaya çıxıb. Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinə səbəb olacaq. O, həmçinin Putinə Ukraynanın “yaxın gələcəkdə” NATO-ya üzv olmayacağını söyləməklə Rusiyanın hərbi əməliyyatlarının qarşısını almağa çalışıb. Consonun açıqlamalarına görə, Putin İngiltərinin çağırışına mənfi cavab verib . "Bir anda məni hədələdi və şən bir şəkildə dedi: "Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkəcək". BBC sənədli filmində qeyd edilir ki, fevralın 11-də müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya uçub. Qeyd edilir ki, Uolles Rusiyanın Ukraynanı işğal etməyəcəyinə dair zəmanətlə ayrılıb, lakin hər iki tərəf bunun yalan olduğunu bilirdi.

Azərbaycanla Ermənistan arasında YENİ RAZILAŞMA: İrəvanın SƏRHƏDLƏRİ...
SON DƏQİQƏ! ABŞ-dan XƏBƏRDARLIQ: "Rusiya 48 saat ərzində Ukraynanın işğalına BAŞLAYACAQ"
Arestoviç: "Rusiya hərbçiləri Xersondan geri çəkilməyə hazırlaşır"
SON DƏQİQƏ! Lukaşenkonun etiraf etdiyi REALLIQ: Kiminsə Ermənistana EHTİYACI VARMI?!