
Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı. Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır.

"Yekə-yekə kişilərdi, medal taxır, çıxır şəhərə..." - Polkovnik qazilərdən gileyləndi
Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO
Yeni dəhliz AÇILIR, Laçın şəhəri tezliklə Azərbaycana QAYTARILIR
Ermənilər kütləvi məzarlıqların yerini niyə demir? – ŞOK FAKTLAR