Siyavuş Novruzov: “Rusiyadan qayıdan kimi birinci həyat yoldaşını öldürür”
Tarix: 19-12-2023, 13:48
Baxılıb: 105
Google+ Paylaş
Tumblr Paylaş

Siyavuş Novruzov: “Rusiyadan qayıdan kimi birinci həyat yoldaşını öldürür”

19-12-2023, 13:48

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov ölkədə gender bərabərliyi haqqında məlumata münasibət bildirərkən bir sıra problemlərdən bəhs edib.
Musavat.com xəbər verir ki, komitə sədri ailədaxili münaqişələrin səbəblərinin araşdırılmasını zəruri sayıb:
“Hər gün mətbuatda qadınların öldürülməsi ilə bağlı xəbərlərə rast gəlirik. Görürük ki, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada “TikTok”un, sosial şəbəkələrin rolu var. Hətta bu cinayətlər istənilən yerdə baş verir, küçədə, konsert salonlarında və s. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Kişi illərlə Rusiyada yaşayır, geri qayıdan kimi birinci həyat yoldaşını öldürür. İkincisi gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Bilməyənləri də serial vasitəsi ilə öyrədirlər ki, necə öldürmək olar”.
S.Novruzov qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək:
“Seçkili orqanlarda qadınların sayı artırılmalıdır. Vaxtilə bələdiyyələrdə qadınlar 3 faiz idisə, indi vəziyyət dəyişib. Bu rəqəm 40 faizə yaxındır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ