loading...

Şəkili arvadından qisas almaq istədi, özü ilişdi

18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib. Daha sonra o qeyd edib ki, həmin şəxslər onun 143 AZN pulunu və mobil telefonunu ona qarşı zor tətbiq edərək götürüblər. Daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə yollanan polislər Əsgərov Seymuru əli-qolu bağlı vəziyyətdə orada aşkarlayıblar. Daha sonra polislər Seymuru şöbəyə gətirərək müvafiq qaydada AR CM-nin 181.2.1 maddəsi ilə, yəni quldurluq maddəsilə cinayət işinə başlayıblar.

Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərova müxtəlif vaxtlarda müxtəlif şəxslərlə hayat yoldaşına xəyanət edib. Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib. Dindirilmə zamanı isə quldurluq etmiş şəxslər əməllərindən bəzi səbəblərə görə peşman olduqlarını bildiriblər.

Faktla əlaqədar araşdırmalar davam etdirilir. (Region TV)Şəkili arvadından qisas almaq istədi, özü ilişdiБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər