Beyləqan Rayon İcra Hakimiyyəti Qarabağ Müharibəsi veteranının Prezidentə müraciətinə təkzib ünvanladı
Tarix: 23-08-2020, 11:37
Baxılıb: 870
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqan Rayon İcra Hakimiyyəti Qarabağ Müharibəsi veteranının Prezidentə müraciətinə təkzib ünvanladı

23-08-2020, 11:37

Beyləqan rayon İcra hakimiyyəti şəhər sakini Fərzəliyev Kamil Yusif oğlunun Repartyor.tv vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətdə göstərilənləri təkzib edir və müraciətdə iddia olunanların tamamilə əsassız və həqiqətə uyğun olmadığını bildirir.
Məlumat üçün bildirilir ki,bəhs olunan ərazi tikinti üçün nəzərdə tutulmayıb. Həmin torpaq sahəsi Beyləqan-Daşburun yolunun və Xan qızı kanalının qoruma zolağına məxsusdur. Vətəndaş Fərzəliyev Kamil Yusif oğlunun heç bir hüquqi sənədi yoxdur. O, 150 kv.m ərazini zəbt edərək oraya tikinti aparmaq məqsədilə bünövrə tökmüşdür.
Rayon İcra hakimiyyəti tərəfindən məhz həmin qanunsuz tikintinin qarşısı alınmışdır.
Beyləqan rayon İcra hakimiyyəti


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ