Vidadi İsayev Bərdədə sosial partlayışa zəmin hazırlayır
Tarix: 18-04-2020, 12:13
Baxılıb: 1 252
Google+ Paylaş
Tumblr Paylaş

Vidadi İsayev Bərdədə sosial partlayışa zəmin hazırlayır

18-04-2020, 12:13

Bərdənin icra başçısı Vidadi İsayev rayonda gərginliyə səbəb olub.
 
ANAXEBER.inf-a daxil olan məlumata görə, Vidadi İsayevin yarıtmaz fəaliyyəti nəticəsində rayonda işsizlər ordusu yaranıb. İki gün əvvəl Bərdə Rayon Məşğulluq Mərkəzinin qarşısında baş verənlər də rayonda vəziyyətin kritik həddə olduğunu göstərir. Rayonun işsiz sakinləri Mərkəzdə qeydiyyata düşmək qurumun qarşısına toplaşıb. Lakin az sonra bu toplantı aksiyaya çevrilib. İnsanlar rayondakı vəziyyətdən şikayətləniblər. Vidadi İsayev isə koronavirus pandemiyasının tüğyan etdiyi bu ağır dönəmdə insanları dinləməkdənsə, onların üzərinə polis göndərib. 5 nəfər saxlanılıb.
Bərdədən gələn xəbərlərdə iddia edilir ki, icra başçısı sanki qəsdən belə vəziyyət yaradıb. Sanki rayonda sosial partlayışa zəmin hazırlanır. Amma bəzi sakinlər deyir ki, Vidadi İsayev sadəcə üzərinə düşən vəzifəni yerinə yetirmir. Yəni, rayonla birmənalı şəkildə maraqlanmır. Onu yalnız korporativ maraqları düşündürür. İcra başçısının maraqları isə rayon sakinlərinin hüquqlarının pozulması hesabına təmin edilir. Bu isə rayonda bütövlükdə mövcud hakimiyyətə qarşı inamsızlığın getdikcə daha artmasına səbəb olur.
Təsadüfi deyil ki, müxalifətin kütləvi aksiyaları zamanı ən çox adam məhz Bərdədən gəlirdi. Bu faktı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bəyan etmişdi. İnsanlar səbrsizliklə Vidadi İsayevin cəzalandırılmasını gözləyirlər. Yada salaq ki, Prezident İlham Əliyev Dövlət Təhlükəzislik Xidmətinin (DTX) Goranboy və Neftçala icra hakimiyyətlərində keçirdiyi əməliyyatlar barədə danışarkən məmurlara, xüsusiləicra başçılarına xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, proses davam edəcək. Bərdə sakinləri də ümid edir ki, icra başçılaının kabusuna çevrilən “qara maskalı oğlan” Vidadi İsayevlə də “şəkil çəkdirəcək”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ