Yardımlı təhsilində BİABIRÇI MƏNZƏRƏ… – NARAZILIQ!
Tarix: 17-11-2021, 15:06
Baxılıb: 1 085
Google+ Paylaş
Tumblr Paylaş

Yardımlı təhsilində BİABIRÇI MƏNZƏRƏ… – NARAZILIQ!

17-11-2021, 15:06

Ölkənin əksər şəhər və rayonlarında olduğu kimi, ucqar Yardımlı rayonunda da təhsil problemləri, müəllim gileyi günbəgün özünü daha qabarıq biruzə verir.
Əvvəllər problemlərin ölçüsü kənd yerlərində daha böyük çərçivəni aşsa da, indi bəzi analoji vəziyyət rayon mərkəzlərində və ya şəhər mərkəzlərindəki təhsil müəssisələrində daha xarakterikdir. Paytaxtdan və digər rayonların mərkəzlərindən bir azca aralandıqca məktəblərdəki dözülməz şəraitsizlik, şagird qıtlığı, müəllimlərlə direktorlar arasındakı qeyri-səmimi mühit, tədris prosesindəki tənəzzül ucqar kəndlərə doğru daha da dərinləşir. Sinif otaqları sanki şagird üçün də, müəllim üçün də soyuq qəfəs olur.

Şikayətçi deyir ki, sentyabrda nazir Emin Əmrullayev cənub zonası rayonlarında vətəndaş qəbulu həyata keçirərkən eyni xahişi etmək üçün nazirin “online qəbulu”na da yazılıb. Lakin rayon təhsil şöbəsinin müfiri Manaf Səmədzadə müəllimin istəyinə yenə mane olub. Ardınca, sentyabrın 20-də nazirə rəsmi müraciətini edib. Təhsil Nazirliyinin 22.09.2021-ci il tarixli cavab məktubunda müvafiq meyarlar gözlənilməklə onunla yenidən müqavilə bağlana biləcəyi deyilib. Lakin o, yenə Manaf Səmədzadənin birokratiyası ilə üz-üzə qalıb.
Şikayətçi müəllimin sözlərinə görə, 06 .11.2021-ci ildə yenidən nazirin qəbuluna düşmək üçün uğraşıb. Təhsil Nazirliyindən 012 599 11 55 nömrəli telefonla bildiriblər ki, onu yalnız Eşqi müəllim 2022-ci ilin ilk günlərində qəbul edə bilər.
Beləliklə, nazirlik tərəfindən də naəlac buraxılan müəllim haqlı olaraq sual edir ki, bu nə süründürməçilikdir? Həqiqətən də maraqlıdır – Bu müəllimə bir “hə” və ya “yox ” cavabı vermək üçün təhsil nazirliyi niyə daha iki ay vaxt uzatmalıdır?
Təhsil nazirliyinin müəllimə göndərdiyi cavab məktubu isə ümidverici olsa da, görünür nəzərdə tutduğu hallar üçün işlək mexanizmi yoxdur. Bu il üçün yenidən məktəbdə qalıb işləməsinə heç bir maneə görünmədiyi və fəxri adları olduğu halda, Yardımlının TŞ müdiri Yoldaş Balaşovun Mirhümbət Səmədovla birdəfəlik vidalaşması, onu məktəbə yaxın buraxmaması heç cür başadüşülən deyil!..
Yardımlı təhsilində tuğyan edən və cənab Balaşov – Səmədzadənin hərəkətlərindən ortaya çıxan daha ciddi nöqsanları da bir-bir oxucu diqqətinə çatdıracağıq.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ