Retro həvəskarının qanunlara meydan oxuyan "Zapı"sı - VİDEO
Tarix: 19-04-2020, 22:11
Baxılıb: 691
Google+ Paylaş
Tumblr Paylaş

Retro həvəskarının qanunlara meydan oxuyan "Zapı"sı - VİDEO

19-04-2020, 22:11

Hər kəsin “Zapı” deyə adlandırdığı “ZAZ 968M”.

Retro avtomobil həvəskarı olan gənc öz avtomobilinin orjinallığını qoruyub.

İstər avtomobilin rəngi, istərsə də orjinal detalları bunu deməyə əsas verir.

Ancaq nəqliyyat vasitəsinin sahibi avtomobilin orjinallığını qorumaqla yanaşı, onun üzərinə bir neçə əlavələr də edərək qanun pozuntularına yol verib.

YPX.AZ-ın əldə etdyi görüntülərdən aydın olur ki, 10 GP 948 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, avtomobilin kanstruksiyasına dəyişiklik edib, əlavə avadanlıqlar quraşdırıb.

Belə ki, nəqliyyat vasitəsinin arxa yayları kəsilib. Arxa faralarında qırmızı olması gərəkən stoplar ağlar ilə dəyişdirilib və arxa, ön faralarına sayrışan işıqlar quraşdırılıb.

Avtomobilin damına da sayrışan işıq quraşdıran gənc, nəqliyyat vasitəsinin alt hissəsinə də xüsusi rəngli işıqlar əlavə edib.
Gəncin etdikləri bununla da bitmir.

O, yolun əksi istiqamətində hərəkət edərək qayda pozur və digər hərəkət iştirakçılarına təhlükə yaradır.

Bir başqa görüntülərdə isə gəncin, avtomobili yolda arxa-arxaya idarə etdiyi, svetoforun qırmızı işığında keçməsi əks olunub.

Avtomobil həvəskarının bütün bu qayda pozuntularını video qeydə alınıb, sosial şəbəkədə özünün və digər istifadəçilərə məxsus hesablarında paylaşılıb.

Təbii ki, qaydaları kobud şəkildə pozmaq cəmiyyətə qarşı hörmətsizliklə yanaşı  gənclərə də mənfi örnək olmaqdır.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ