Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı AÇIQLANDI
Tarix: 14-06-2023, 09:02
Baxılıb: 188
Google+ Paylaş
Tumblr Paylaş

Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı AÇIQLANDI

14-06-2023, 09:02

22 keçmiş məcburi köçkün ailəsini təmsil edən 72 nəfər öz doğma torpağına - Laçına köçürülüb.
reportyor.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə bu ilin sonunadək 2 minə yaxın məcburi köçkün ailəsi, 10 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı, məskunlaşması nəzərdə tutulub:
"Belə ki, Laçın şəhərindən 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ