Daha bir müəllim qızılla "ödülləndirildi" - VİDEO
Tarix: 12-06-2023, 01:33
Baxılıb: 214
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir müəllim qızılla "ödülləndirildi" - VİDEO

12-06-2023, 01:33

Xırdalan şəhərində yerləşən daha bir məktəbdə müəllim nüfuzuna xələl gətirən hərəkətlərə yol verilib.
reportyor.org xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yer alıb.
Görüntülərdən aydın olur ki, 9 saylı tam orta məktəbin ibtidai sinif müəlliminə “Əlifba” bayramında qızıl bilərzik hədiyyə edilib.
Videoda valideynlərdən birinin bu törəni ibtidailərin iştirakı ilə təntənəli şəkildə icra etdiyi öz əksini tapıb.
Hadisə izləyicilər tərəfindən kəskin tənqid olunub.
Qeyd edək ki, ötən gün Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə də analoji hal baş verib. Y.Ağabalayeva adlı müəllim haqqında belə davranışına görə müvafiq orqanlar tərəfindən araşdırma başlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ