Paşinyanın qızının 1 379 dollarlıq ayaqqabısı erməniləri hirsləndirib – FOTO
Tarix: 1-01-2022, 18:39
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın qızının 1 379 dollarlıq ayaqqabısı erməniləri hirsləndirib – FOTO

1-01-2022, 18:39

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın 1 379 dollarlıq ayaqqabısı ölkə əhalisi arasında geniş rezonans və hiddət yaradıb.
Medianews.az “Report”a istinadən xəbər verir ki, baş nazirin qızı Mariam Paşinyan dünya şöhrətli dizayner “Manolo Blahnik”in ayaqqabısını geyinərək onun şəklini sosial şəbəkədəki hesabında paylaşıb.
Bu ayaqqabıların orta qiyməti təxminən 500 ABŞ dollarından başlayır. “Armday.am” saytı araşdırma zamanı müəyyən edib ki, baş nazirinin qızının geyindiyi ayaqqabının qiyməti 1 379 ABŞ dollardır.
“Ola bilsin, Mariam Paşinyan sonradan ayaqqabıların orijinal deyil, sadəcə ucuz növ olması barədə məlumat paylaşsın. Nəzərə alsaq ki, ölkədə həddindən artıq yoxsulluq hökm sürür və onun atasının imzaladığı kapitulyasiya səbəbindən bu gün çoxları hətta öz evindən, torpağından və övladından məhrumdur”, – deyə sayt qeyd edib.
Bir çox ermənilər sosial şəbəkələrdəki hesablarında baş nazirin qızının bu cür dəbədbəli geyiminə birmənalı yanaşmayıblar. Onu qınayanlar, bu cür dəbdəbəli geyimlə bağlı araşdırmaların aparılması vacibliyini vurğulayanlar daha çox olub.
Qeyd edək ki, daha əvvəl Ermənistan diasporunun bəzi nümayəndələri Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər. Bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib. Videoda diaspor nümayəndələrindən birinin baş nazirin qızının istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. “Onun atası 5 min insanı öldürüb”, – diaspor nümayəndələrindən biri Paşinyanın qızına həqarətlə deyib.
Paşinyanın qızının 1 379 dollarlıq ayaqqabısı erməniləri hirsləndirib - FOTO


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ