Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Tarix: 25-04-2024, 13:36
Baxılıb: 53
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO

25-04-2024, 13:36

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb.
Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.
Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də bağlıdır.
Vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.
Paytaxt İrəvanın mərkəzində də Tavuş sakinlərinə dəstək əlaməti olaraq yolların bağlandığı bildirilir.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ