ABŞ-da cinsi yolla ötürülən amansız xəstəlik 80 faiz artdı
Tarix: 31-01-2024, 13:30
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-da cinsi yolla ötürülən amansız xəstəlik 80 faiz artdı

31-01-2024, 13:30

ABŞ-da 2022-ci ildə müxtəlif mərhələlərdə 203,5 min nəfərdə sifilis müəyyən edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəm 2019-cu ilin sonunda 113,7 min yoluxma halının aşkarlandığı 5 il əvvəllə müqayisədə 78,9% çoxdur.
ABŞ-da anadangəlmə sifilis haqqında məlumatlar ayrıca vurğulanmalıdır. Ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 2022-ci ildə 3,7 min yoluxma qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 30,6% və beş il əvvəlkindən 183,4% çoxdur.
Qeyd edək ki, bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə keçir. Sifilis də həmin xəstəliklərdən biridir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ