Bakıda yerli iqlimə uyğun ağac və kollar əkilir
Tarix: 18-10-2023, 14:19
Baxılıb: 58
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda yerli iqlimə uyğun ağac və kollar əkilir

18-10-2023, 14:19

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.
BŞİH-dən Reportyor.tv  verilən məlumata görə, son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi aparılır. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük veriləcək. Görülən işlər təcrübəli landşaft dizaynerləri və mütəxəssislərin iştirakı ilə aparılacaq.

Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçiriləcək. İlkin vaxtda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində - Mərkəzi, Qış, Atatürk və Nizami parklarında, əsas prospekt və küçələr boyunca əkiləcək. Sakinlərə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunub.

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ