Media nümayəndələri Füzulinin Cuvarlı və Qoçəhmədli kəndində olublar - FOTO
Tarix: 18-10-2023, 13:12
Baxılıb: 102
Google+ Paylaş
Tumblr Paylaş

Media nümayəndələri Füzulinin Cuvarlı və Qoçəhmədli kəndində olublar - FOTO

18-10-2023, 13:12

"2026-ci ilin sonuna qədər Füzuli rayonunda 22 min nəfərin yaşaması planlaşdırılır. Belə ki, Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, həmçinin rayonun ərazisində 10 kəndin bərpası gözlənilir".
Reportyor.tv Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib. O bildirib ki, ümumilikdə, Cuvarlı kəndinin ərazisi 115 hektar, əhalisinin sayı isə 1697 nəfər olacaq. "1-ci mərhələdə 28.5 hektar ərazidə 125 ailə üçün fərdi yaşayış evlər inşa olunacaq. Evlər 2, 3, 4 və 5 otaqlı olacaq. Həmçinin kənddə İnzibati bina, Bayraq meydanı, Klub-icma mərkəzi, İdman sağlamlıq mərkəzi və idman meydançaları, 312 şagird yerlik məktəb və 50 yerlik uşaq bağçası da tikiləcək".
Eldar Seyidov, həmçinin Qoçəhmədli kəndi ilə bağlı məlumat verərək bildirib ki, layihələndirilən kəndin ümumi ərazisi 94 hektardan çoxdur. Ümumlikdə, kənddə 341 fərdi yaşayış evinin tikilməsi və 1364 nəfərin köçürülməsi nəzərdə tutulub:
"1-ci mərhələ üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Birinci mərhələdə 710 nəfərin köçürülməsi nəzərdə tutulub. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq. Həmçinin kənddə İnzibati bina, Bayraq meydanı, Klub-icma mərkəzi, İdman klubu, ailə sağlamlıq mərkəzi, kitabxana, qonaq evi, istirahət və yaşıllıq zonaları və iaşə obyektləri da tikiləcək. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ