"Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir" - Bağır Qalibaf
Tarix: 10-01-2023, 12:37
Baxılıb: 265
Google+ Paylaş
Tumblr Paylaş

"Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir" - Bağır Qalibaf

10-01-2023, 12:37

"İran regionda sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmir". AzVision.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Məhəmməd Bağır Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündə bildirib.
"Biz regional və qlobal arenada bir-birimizlə yaxşı münasibətlərə malik ola bilərik və region ölkələri nə qədər yaxın olsa, region üçün bir o qədər yaxşıdır və biz qeyri-regional ölkələrin bu sahəyə qarışmasına imkan verməməliyik", - Qalibaf vurğulayıb.
Qalibafın sözlərinə görə, Azərbaycan qonşu ölkə kimi İran üçün xüsusi əhəmiyyət kəsb edir və ikitərəfli əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlıq imkanları da ciddi rol oynaya bilər.
Qeyd edək ki, dünən Antalyada İran, Azərbaycan və Türkiyə parlament rəhbərlərinin danışıqları keçirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ