Toplayıb başına Toqo, Malini... – Fransa ermənilərə görə üstümüzə gəlməkdə davam edir
Tarix: 20-11-2022, 11:53
Baxılıb: 415
Google+ Paylaş
Tumblr Paylaş

Toplayıb başına Toqo, Malini... – Fransa ermənilərə görə üstümüzə gəlməkdə davam edir

20-11-2022, 11:53

Əslində, bu Frankofoniya təşkilatı Fransanın işğalçılıq və müstəmləkəçilik siyasətinin əsəridir. Vaxtilə dünyanın 225 ölkə və əyalətində müstəmləkələri olan Fransa inkişaf etməmiş ölkələrin xalqlarını əsarətdə saxlayıb, öz dilini onlara sırıyıb, onları bu dildə danışmağa, yazmağa vadar edib və yüz illərlə davam edən ağa-kölə münasibətləri bu xalqların həyatında öz izini qoyub. İndi onların bir çoxunun dövlət dili fransız dilidir.
Hazırda Frankofoniya təşkilatının 58 həqiqi, 3 assosiativ və 26 müşahidəçi üzvü var. Yəni Fransa 87 dövlət və hökumətə “böyük bacılıq” edir.
Bu dövlətlər fransız dilinin təbliği, çoxdillilik və mədəni müxtəlifliyə dəstək, sülhün, demokratiyanın və insan haqlarının təşviqi, təhsil, təlim, ali təhsil və tədqiqata dəstək, davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafı üzrə fəaliyyətlər göstərməlidirlər.
665.jpg (181 KB)
Təşkilata qoşulmaq üçün əsas meyar fransızdilli olmaq deyil, yəni konkret dövlətin əhalisinin fransız dilini bilmə dərəcəsi hesaba alınmır. Elə olsaydı, təşkilatın 10-15-dən artıq üzvü olmazdı. Frankofoniyanın üzvü olan dövlətlərin çoxunda əhalinin ingilis dili bilənlərinin əmsalı fransız dilini bilənlərdən çoxdur. Məsələn, Ermənistan bu təşkilatın üzvüdür, amma onun əhalisinin böyük hissəsi xarici dillərdən rus dilini, bir azı da ingilis dilini bilir. Fransız dilini isə bu ölkədə olsa-olsa fransız dili dərsi deyən müəllimlər bilər – o da əgər bu dil orta və ali məktəblərdə tədris edilirsə. Ukrayna və Baltikyanı ölkələr də Frankofoniyada müşahidəçidirlər, necə deyərlər, adlarını siyahıya yazdırıblar.
Frankofoniya təşkilatının sammitləri əsasən 2 ildən bir, təşkilatın üzvü olan ölkələrdən birində keçirilir. 2018-ci ildə belə bir sammit İrəvanda keçirilib.
Fransanın böyüklüyünü qəbul edən dövlətlərin üzv olduğu bu təşkilatda dünyada tanınan, müəyyən gücü və nüfuzu olan yalnız 5-6 dövlət var: Belçika, İsveçrə, Kanada, Misir, Yunanıstan, Rumıniya...
карта франкофонии.png (129 KB)
Yerdə qalanlar bunlardan ibarətdir: Andorra, Benin, Burkina Faso, Burundi, Vanuatu, Qabon, Haiti, Qana, Qvineya, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Cibuti, Dominikan, Kabo Verde, Kamboca, Komor adaları, Kot d`İvuar, Laos, Livan, Mavrikiya, Mavritaniya, Madaqaskar, Mali, Mərakeş, Ruanda, San Tome və Prinsipi, Saint Lucia və c.
Əlbəttə, bu yazını oxuyanların 99,99 faizi San Tome və Prinsipi ilə Saint Lucia dövlətlərinin dünyanın harasında yerləşdiyini xəritəyə baxmadan tapa bilməzlər.
Bax, Fransa belə cırtdan ölkələri, uzaq, yaşıl adalarda yerləşən dövlətləri başına yığaraq, özünə, rusca desək, “kruq” düzəldib, ilaşırı sammit keçirərək dünyaya bəyanat səpələyir.
pasinyan-makron.jpg (74 KB)
Frankofoniya təşkilatının bu günlərdə Tunisin Cerba şəhərində keçirilən sammitində Fransanın tərtib etdiyi gündəliyə əsasən yeni müzakirələr aparılıb, Ermənistan nümayəndələri fəallıq göstərib, Azərbaycanın adı hallandırılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi haqlı olaraq belə bir bəyanatla çıxış edib ki, bu kimi məsələlərin müzakirəsi bu təşkilatın mandatına aid deyil. Təşkilat öz daxili işlərini, əsasən də fransız dilinin daha geniş yayılmasını təşviq etməlidirsə, getsin öz evində etsin, Mali də dil-dil ötsün, Toqo da “bonjur” desin.
Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir, ərazi bütövlüyü və suverenitet məsələsidir. Bu bölgədə erməni separatizmi ilə bağlı yaranmış etnik-milli problem Azərbaycan sərhədləri daxilində həll olunmalıdır və elə də olacaq. Bir Frankofoniya olmasın, lap Frankomaniya və ya Frankopaniya olsun, səs-səs verib polifonik qışqırıq yaratmaqla deyil, münaqişə BMT-nin nizamnaməsi çərçivəsində həll olunacaq.
Bu, bir daha onu göstərir ki, vaxtilə planetin zəif xalqlarına düşmən kəsilmiş, onları qırıb-çatmış, əsarətə almış, kölə etmiş, assimlyasiyaya uğratmış, dillərini dəyişdirmiş Fransa hələ də bəşər əhlindən əl çəkməyib və indi də keçmiş müstəmləkələrinin (bəziləri hələ də onun vassalı, əlaltısıdır) ağzıyla beynəlxalq siyasətə təsir göstərməyə çalışır.
5544.jpg (95 KB)
Tərəf-tərəfə qalsa, hazırda meydanda Türk Dövlətləri Birliyi də var və Frankofoniya təşkilatından daha çevik və daha güclüdür, həm də bu təşkilata üzv olan dövlətlər bir arealda, kompakt halda, bir-birinin qonşuluğunda yaşayırlar. Onların konsolidasiyası daha uğurludur, məqsədləri daha konkretdir.
Frankfoniya təşkilatının Ermənistana qahmar çıxması bir daha Turan birliyinin nə dərəcədə vacib və aktual olduğunu göstərir.
Xalid KAZIMLI


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ